Məxfilik siyasəti

Bu sayt yalnız konsultasiya üçün lazım olan minimum məlumatı toplayır. Aşağıda hansı məlumatın niyə alındığını və onunla nə edildiyini yazmışıq.

Son yenilənmə:

Hansı məlumat toplanır

Saytdakı konsultasiya formasında yalnız aşağıdakılar soruşulur:

  • Ad və soyad
  • Telefon nömrəsi
  • Təhsil pilləsi və ixtisas sahəsi, istəyə bağlı
  • Sərbəst qeyd sahəsi, istəyə bağlı

Bundan başqa texniki məlumat kimi müraciətin göndərildiyi tarix və IP ünvanı yazılır. Bu, yalnız spam müraciətləri ayırd etmək üçündür.

Nə üçün istifadə olunur

Toplanan məlumat yalnız bir məqsədlə istifadə olunur: sizinlə əlaqə saxlayıb təhsil məsləhəti vermək.

  • Üçüncü şəxslərə satılmır və verilmir
  • Reklam siyahılarına əlavə edilmir
  • Sizin xəbəriniz olmadan başqa məqsədə yönəldilmir

Saxlanma və təhlükəsizlik

Müraciətlər serverdə, birbaşa brauzerdən oxuna bilməyən qorunan qovluqda saxlanılır. Panelə giriş parolla məhdudlaşdırılıb.

Sayt HTTPS üzərindən işləyir, yəni forma göndərilərkən məlumat şifrələnir.

Sizin hüquqlarınız

İstənilən vaxt bizə yazaraq aşağıdakıları tələb edə bilərsiniz:

  • Haqqınızda saxlanılan məlumatı öyrənmək
  • Səhv məlumatı düzəltdirmək
  • Məlumatınızın tamamilə silinməsini tələb etmək

Bunun üçün salam@turkiyedetehsil.com ünvanına yazmaq kifayətdir.

Balını de, uyğun universitetləri göstərək

15 dəqiqəlik pulsuz söhbətdə balına uyğun 3 ilə 5 universitet, gözlənilən təqaüd faizi və müraciət təqvimi hazır olur.

Pulsuz konsultasiya al