2026/2027 qəbul sezonu açıqdır

Türkiyədə təhsil, attestatla və imtahansız

200-dən çox universitet, 50-dən çox ixtisas. Balına və büdcənə uyğun siyahını birlikdə qururuq, sənədləri biz aparırıq, qəbul məktubunadək prosesi izləyirik.

+994 51 526 51 15 İndi zəng et, konsultasiya pulsuzdur
  • 200+partnyor universitet
  • 1 500+qəbul olunan tələbə
  • 2–6 həftəqəbul məktubuna qədər

Sənə uyğun universiteti tapaq

Nömrəni qoy, mütəxəssisimiz zəng edib balına uyğun universitetləri desin.

Konsultasiya pulsuzdur. Nömrən üçüncü şəxsə verilmir.

Ən çox müraciət edilən istiqamətlər

  • İstanbul
  • Ankara
  • İzmir
  • Antalya
  • Bursa
  • Eskişehir
  • Trabzon

Turkiyede tehsil haqqında qısa mənzərə

Türkiyə son on ildə azərbaycanlı məzunların birinci istiqamətinə çevrilib. Səbəb sadədir: dil yaxınlığı, universitetlərin böyük hissəsində imtahansız qəbul və Avropa ilə müqayisədə bir neçə dəfə aşağı xərc. 200-dən çox universitet xarici tələbə qəbul edir, diplomlar YÖK akkreditasiyası ilə Azərbaycanda tanınır.

Turkiyede tehsil almaq üçün ən geniş yol attestatla müraciətdir: məktəb attestatı və qiymət cədvəli kifayət edir, YÖS və ya SAT yalnız reytinqi yüksək dövlət universitetlərində tələb olunur. Dövlət universitetlərində illik təhsil haqqı 300 ilə 1 500 dollar, özəldə 2 500 ilə 6 000 dollar arasındadır, təqaüd endirimi bu məbləği ciddi azaldır.

Aşağıda qəbulun bütün yollarını, universitet siyahısını, real xərc cədvəlini və müraciət təqvimini tapacaqsan.

Proses

Üç addımda tələbə ol

Müraciətdən qəbul məktubuna qədər orta müddət: 2 ilə 6 həftə.

  1. 01

    Pulsuz konsultasiya

    Balını, büdcəni və ixtisas istəyini dinləyirik. Vəd yox, real variantları rəqəmlə göstəririk.

  2. 02

    Universitet siyahısı və sənədlər

    3 ilə 5 uyğun universitet seçilir, təqaüd ehtimalı hesablanır. Tərcümə və müraciəti biz aparırıq.

  3. 03

    Qəbul və qeydiyyat

    Qəbul məktubu alınır, ilkin ödəniş edilir və universitet qeydiyyatı tamamlanır.

Kataloq

Ən çox seçilən universitetlər

Təhsil haqqı 2026/2027 tədris ili üçün təxminidir. Dəqiq rəqəm ixtisasa görə dəyişir.

Özəl

İstanbul Aydın Universiteti

İstanbul

TibbMühəndislikHüquq 4 200 $illik, təqaüddən əvvəl
Dövlət

Ege Universiteti

İzmir

TibbZiraatİqtisadiyyat 900 $illik, dövlət tarifi
Dövlət

Akdeniz Universiteti

Antalya

TurizmTibbMemarlıq 750 $illik, dövlət tarifi
Özəl

İstanbul Medipol Universiteti

İstanbul

TibbDiş həkimliyiƏczaçılıq 5 800 $illik, təqaüddən əvvəl
Dövlət

Bursa Uludağ Universiteti

Bursa

MühəndislikTibbPedaqogika 680 $illik, dövlət tarifi
Dövlət

Anadolu Universiteti

Eskişehir

AviasiyaKommunikasiyaQiyabi 620 $illik, dövlət tarifi

Sənə uyğun universitet siyahısını istə

Büdcə

Türkiyədə bir il nəyə başa gəlir?

Ən çox edilən səhv yalnız təhsil haqqına baxmaqdır. Real hesab yaşayışla birlikdə çıxarılır.

2026/2027 tədris ili üçün təxmini göstəricilər. Şəhərə və ixtisasa görə dəyişir.
Şəhər Təhsil haqqı / il Yaşayış / ay Yataqxana / ay
İstanbul800 – 6 000 $350 – 500 $150 – 300 $
Ankara600 – 4 500 $280 – 420 $120 – 240 $
İzmir600 – 4 000 $270 – 400 $110 – 230 $
Antalya550 – 3 800 $250 – 380 $100 – 210 $
Bursa500 – 3 200 $230 – 340 $90 – 180 $
Eskişehir450 – 2 800 $200 – 300 $80 – 160 $

Xərclər bələdçisini oxu

Şəhərlər

Hansı şəhərdə oxumaq istəyirsən?

Hər şəhər üzrə yaşayış xərci, yataqxana və tələbə həyatı ayrıca səhifədə.

İstanbul60+ universitet
Ankara22 universitet
İzmir12 universitet
Antalya7 universitet
Bursa6 universitet
Eskişehir4 universitet
Trabzon3 universitet
Bütün şəhərlərMüqayisə cədvəli

Tələbələrimiz

Onlar artıq auditoriyadadır

★★★★★
Attestatla müraciət edəcəyimi bilmirdim, YÖS-ə hazırlaşmağa başlamışdım. Burada izah etdilər ki, seçdiyim universitet üçün imtahan lazım deyil. Üç həftəyə qəbul məktubum əlimdə idi.
Aysel Cəfərliİzmir, Ege Universiteti
★★★★★
Ən çox təqaüd hissəsi işimə yaradı. Özüm axtarsaydım, universitetin 50 faizlik kvotasından xəbərim olmayacaqdı. Nəticədə planladığımdan iki dəfə ucuz oldu.
Murad QuliyevBursa, Uludağ Universiteti
★★★★★
Sənədlərin tərcüməsi və apostil məni ən çox qorxudan hissə idi. Hamısını onlar apardı, mən yalnız imzaladım. İndi İstanbulda ikinci kursda oxuyuram.
Elvin Həsənovİstanbul, Aydın Universiteti

Suallar

Ən çox soruşulanlar

Cavabını tapmadın? Bizə yaz, bir iş günü ərzində cavablayırıq.

Türkiyəyə imtahansız qəbul olmaq mümkündür?

Bəli. Özəl universitetlərin böyük hissəsi və bir sıra dövlət universiteti attestat balı əsasında qəbul aparır. YÖS və SAT yalnız bəzi dövlət universitetlərində tələb olunur.

Türkiyədə təhsil haqqı nə qədərdir?

Dövlət universitetlərində illik 300 ilə 1 500 dollar, özəl universitetlərdə 2 500 ilə 6 000 dollar arasındadır. Tibb və diş həkimliyi bu aralığın yuxarı hissəsindədir.

Hansı sənədlər tələb olunur?

Attestat və qiymət cədvəli, xarici pasport, doğum haqqında şəhadətnamə və biometrik foto. Sənədlərin notarial tərcüməsi tələb olunur, bəzi universitetlər apostil istəyir.

Türk dilini bilmirəm, oxuya bilərəm?

Bəli. Universitetlər bir illik türk dili hazırlıq sinfi təklif edir. İngilis dilli proqramlar üçün isə dil sertifikatı və ya universitetin öz imtahanı kifayətdir.

Müraciəti nə vaxt başlamaq lazımdır?

Payız semestri üçün mart ayında. Erkən müraciət təqaüd kvotasına düşmək şansını artırır, çünki endirimlər müraciət sırası ilə paylanır.

Türkiyə diplomu Azərbaycanda tanınırmı?

YÖK siyahısındakı akkreditə olunmuş universitetlərin diplomu tanınır. Məzuniyyətdən sonra Təhsil Nazirliyində tanınma prosedurundan keçirilir.

Balını de, uyğun universitetləri göstərək

15 dəqiqəlik pulsuz söhbətdə balına uyğun 3 ilə 5 universitet, təxmini büdcə və müraciət təqvimi hazır olur.

200+partnyor universitet
1 500+qəbul olunan tələbə
10 iltəcrübə
0 ₼konsultasiya haqqı